Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 404 ədəd 1-3 otaqlı mənzilin alınmasına dair dörd müqavilə bağlayıb.
Mənzillər Bakı və Abşeron rayonunda (354), həmçinin Gəncə (20), Sumqayıt (20) və Mingəçevirdə (10) alınıb. Müqavilələr "Mega Plus", "ŞA--İnşaatçı", "Göy Gurşağı-Məmmədli" MTK-lar və fiziki şəxs Məzahir Məmmədov ilə bağlanıb.
Mənzillərin alışı dövlətə 22,4 milyon manata başa gəlib.
Eləcə də bax: "İpoteka haqqında” qanun dəyişdirilir