Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Eləcə də bax: “Akkord”un şirkətinin dövlətə 2 milyona yaxın vergi borcu var - RƏSMİ
FED.az FHN-in saytına istinadən xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.