2020-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi 886,7 min manat gəlir əldə edib.
Eləcə də bax: Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi - 2,3 Mln Manat Gəlir Əldə Edib
FED.az xəbər verir ki, bunun hamısı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayrılıb.
Ötən il Agentliyin xərcləri isə 906 min manat, o cümlədən əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 836 min manat, sərf edilmiş materialların dəyəri 26 min manat, amortizasiya xərcləri 20 min manat, sair əməliyyat xərcləri 24 min manat olub. (Report)