Bakıda yanan "Diqlas" ticarət mərkəzinin söküntüsünə hazırlıq işlərinə start verilib.
FED.az xəbər verir ki, bununla əlaqədar təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb.
Söküntünü həyata keçirəcək şirkətin əməkdaşı ONA-ya bildirib ki, hazırda söküntüyə hazırlıq gedir: "Binanın söküntüsünə mayın 22-də başlanılacaq".
Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.
Eləcə də bax: MİDA Yasamal-2 yaşayış kompleksində binaların və uşaq bağçasının tikintisi üçün podratçılar seçir