“JEK”lər həyata keçirdikləri xidmətə görə vəsait alsınlar”.
Eləcə də bax: “JEK”lər ödənişləri artırıblar, mütəxəssislər isə bunun qanunsuz olduğunu - BİLDİRİR
FED.az xəbər verir ki, bu təkliflə iqtisadçı-deputat Vüqar Bayramov çıxış edib.
Deputat qeyd edib ki, Mənzil İstismar Sahələri (MİS) və ya “JEK”lər dövlət qurumları deyil, sərvət hesablı olaraq fəaliyyət göstərir:
“Məcəllədə yeni inşa edilən binalarda “JEK”lərin fəaliyyəti nəzərdə tutulmayıb. Həmin bina sakinlərinin özlərinin yaratdığı komitələr tərəfindən idarəetmə həyata keçirilir. “JEK”lər tərəfindən binaya və həyətinə hansısa xidmət göstərilirsə, o zaman xidmət haqqının alınması həyata keçirilsin. Keçmiş SSRİ dövründə inşa edilmiş binalarda hazırda da məsul qurum “JEK”lərdir və onlar hansısa binaya xüsusi xidmət göstərmirsə, təmir, yenidənqurma və ya digər problemləri yoluna qoymursa, həmin binadan vəsait tələb etmələri məqsədəuyğun deyil.
Təklif edirik ki, “JEK”lərə ödəniş onların xidmətləri əsasında həyata keçirilsin. Bu halda artıq “JEK”lərin maliyyəsi və aldıqları vəsait birbaşa göstərdikləri xidmət əsasında formalaşacaq”, - deyə deputat əlavə edib.
Ölkə prezidentinin 2018-ci ilin 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. (Bizim.Media)