“Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Lakin təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar”.
“5 ildir yaşadığımız kompleks layihəyə uyğun hazırlanmayıb” - FOTO - VİDEO
FED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu şirkətlərdən biri də məhz “Bakı İnşaat” MMC-dir: “Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur. İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verilmir, söhbətdən qaçırlar. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”. (Report)