Paytaxtda dəmir yolu xəttlərinin yaxınlığında yerləşən 46 evdən 19-nun söküntüsü yekunlaşıb. FED.az xəbər verir ki, məqsəd hərəkətdə olan qatarların təhlükəsizliyi təmin etməkdir. Qeyd edək ki, bir neçə gün əvvəl, Binə qəsəbəsində avtobusla qatarın toqquşmasının ehtimal olunan səbəblərindən biri də qatar yolu ətrafında tikililərin olması və onun nəticəsində qatar yolunun yaxşı görünməməsi olub.
Hazırda söküntü işləri Paytaxtın Nizami rayonu Davud Aslan küçəsindəicra edilir. Evləri sökülənlər evin əşyaları ilə yanaşı mənzildə istifadə edilən tikinti materiallarını da aparırlar. Evləri sökülən sakinlərə kompensasiya ödənilib.
Sakinlərin sözlərinə görə sökülən evlərə görə kompensasiya hazır ev üçün kvadratmetri 1000 manat, yarımtikililər üçün isə 300-500 manat arasında dəyişir. Onlar kompensasiylarını aldıqdan sonra özlərinə ev axtarmağa başlayacaqlar.
''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın verdiyi məluamata görə artıq ərazidə ki 46 evdən 19-nun söküntüsü yekunlaşıb və proses davam etdirilir.
Dəmiryol ətrafındakı evlər sökülür - KOMPENSASİYA AÇIQLANDI
23:45
11 Okt 2018