Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar martın 29-dan etibarən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri fəaliyyətini xüsusi iş rejimində davam etdirir.
Eləcə də bax: Torpaq müsabiqələri və hərracların keçirilməsi qeyri-müəyyən vaxtadək - TƏXİRƏ SALINIB
FED.az İqtisadiyyat Nazirliyindən "report"a verilən məlumata istinadən xəbər verir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) barədə notariuslardan daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtda icra olunmaqla, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar online qaydada hazırlanacaq və bu barədə sms vasitəsilə vətəndaşlara bildiriş göndəriləcək.
Vətəndaşlara “Elektron hökumət” portalı vasitəsilə (https://www.e-gov.az) elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.
Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində digər müraciətlər bu gündən Əmlak Məsələləri Dövlət Komitəsinin 193 və 1186 Çağrı mərkəzləri vasitəsilə qəbul ediləcək.
65 yaşdan yuxarı və xroniki xəstəliyi olan vətəndaşlara isə birbaşa yaşayış ünvanlarında səyyar xidmət təşkil ediləcək.
Qeyd edək ki, ərazi qeydiyyat ofisləri, həmçinin səyyar xidmət göstərən əməkdaşlar hərarət ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.