Bu ilin ilk 6 ayı ərzində Bakıda ümumilikdə 20 min 93 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,4 faizini təşkil edir.
Azərbaycanda 6 ayda dövlət xəttilə 244 milyon manat - İPOTEKA KREDİTİ VERİLİB
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a bildirilib ki, Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5471 müqavilə), 2 saylı Sumqayıt (2060 müqavilə), 5 saylı Xaçmaz (2026 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1773 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.