Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bakı, Gəncə və Yardımlıda qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO
FED.az xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonu ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müfəttişi Adil Bayramov bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sökülən obyekt sahiblərinin heç biri sənəd təqdim etməyib: “Xəzər rayon Buzovna qəsəbəsində Nizami küçəsində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikintiyə davam etdirilib. Tərəfimizdən qanunsuz tikilən obyektlərin sökülməsinə dair qərar verilib. Bundan başqa, Qala qəsəbəsi Südçülük sovxozu ərazisində də iki qanunsuz obyektin söküntüsü aparılacaq”.