Azərbaycanda sosial mənzillərin tikintisi və satşı ilə məşğul olan qurum – Mənzil İnşaatı üzrə Dövlət Agentliyi (MİDA) daha bir kredit təşkilatı – Azər Türk Bank ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Agentlikdən FED.az-a verilən məlumata görə, sosial evlər güzəştli kreditlərlə də satılacaq.
MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. MİDA ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı “Azər-Türk Bank” ASC olub. 22 ildir fəaliyyət göstərən və hazırda Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Qəbələ və Şirvanda yerləşən xidmət şəbəkəsi ilə müştərilərinin rahatlığına təmin edən Azər Türk Bank, maliyyə göstəricilərinə görə ölkənin qabaqcıl banklarından biridir.
Xatırladaq ki, AzərTürk Bank vətəndaşlara Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 4-cü bankdır. Daha öncə analoji müqavilələr “Kapital Bank”, “Bank BTB” və “UniBank” ilə bağlanıb.
Daha bir bank sosial evlər üçün kredit verəcək
12:14
5 Fev 2018