Prezident İlham Əliyev “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Bakıda ilkin və təkrar mənzillər - BAHALAŞIB
FED.az-ın məlumatına görə, indiyə qədər qüvvədə olan qanuna əsasən, özəlləşdirilmiş mənzillərə (evlərə) xidmət və onların təmiri mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə, mənzil fondunun istismarının və təmirinin vahid qaydalarına və normalarına mütləq əməl edilməklə həyata keçirilib.
Dəyişikliyə əsasən, bundan sonra çoxmənzilli binanın idarə edilməsi Azərbaycan Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.
Mənzil Məcəlləsinin 141-1 maddəsində çoxmənzilli binanın idarə edilməsi qaydası aşağıdakı kimidir:
141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.
141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır.
141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Çoxmənzilli binanın idarə edilməsi qaydası – DƏYİŞDİ
21:08
18 Dek 2018