Çinin cənubundakı Quançjou əyalətində ən böyük futbol stadionunun tikintisinə başlanılıb.
FED.az xəbər verir ki, arenanın, təxminən, 100 min azarkeş tutumuna malik olacağı gözlənilir.
Eləcə də bax: Çin şirkəti Azərbaycanda Logistika Parkı - LAYİHƏSİNİ REALLAŞDIRACAQ
Stadionun sahəsi 150 min kvadratmetr, ətrafı ilə birlikdə ümumi sahəsi 300 min kvadratmetr olacaq. İdman kompleksi “Quançjou Everqrand” klubunun sahibi olan “Everqrand Qrup”un olacaq. Şirkət stadiona 12 milyard yuan (təxminən 1.69 milyard ABŞ dolları) xərcləyəcək.
Arenanın 2023-cü il Asiya Kubokuna qədər hazır olacağı gözlənilir. Tikinti 2022-ci ilin sonunda yekunlaşacaq.
Report