Dekabrın 6-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəri güzəştli mənzil satışına başlayıb.
FED.az xəbər verir ki, bu dəfə satışa çıxarılan mənzillər arasında Sumqayıt və Lənkərandakı komplekslərdəki mənzillər də yer alıb.
Satışa Sumqayıt Yaşayış Kompleksində 392 mənzil və Lənkəran Yaşayış Kompleksində 152 mənzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılıb, mənzillərin satışı saat 11:00-da başlayıb.
Qaydalara görə, güzəştli şərtlərlə satılmış 544 mənzil üzrə gözləmə qaydasında mənzil seçimi dekabrın 10-dan 14-dək həyata keçiriləcək. Amma bir qayda olaraq bu proses bir neçə saata tamamlanacaq.
Qaydaya görə, vətəndaşlar seçilmiş mənzili gözləmə qaydasında seçə bilərlər. Əgər ilkin seçim etmiş şəxs mənzili əldə etməzsə, bu mənzil növbəti vətəndaşa təklif ediləcək.
Qeyd edək ki, MİDA-nın xətti ilə güzəştli mənzillərin satışı, daha dəqiqi seçim prosesi həmişə qalmaqalla müşayiət olunub.
Məsələ bundadır ki, hər satışda bir neçə yüz mənzil satışa çıxarılsa da, satış üçün qeydiyyatda olan vətəndaşların sayı minlərlədir, son məlumatlara görə, MİDA güzəştli mənzil sistemində 38 min nəfər qeydiyyatdan keçib. Belə yüksək rəqabət şəraitində mənzili sürətlə seçib əldə etmək üçün prosesin sürətli aparılması tələb olunur.
Bir neçə il əvvəl mənzillərin daha tez seçilməsi üçün müxtəlif haker proqramlarından və botlardan istifadə olunurdu. Bundan sonra aparılan əməliyyyatlar nəticəsinə belə halların qarşısını almaq mümkün olub, amma hər ehtimala qarşı MİDA-nın mənzil satışında hər dəfə yeni, əvvəllər tətbiq edilməyən təhlükəsizlik tədbiri tətbiq olunur. Buraya müxtəlif suallar və sistemə daxil olmaq üçün vətəndaşların aparmalı olduğu xırda əməliyyatlar aiddir. Məqsəd, seçim prosesində botlardan istifadənin qarşısını almaqdır.
MİDA rəsmiləri budəfəki satışda da əlavə təhlükəsizlik tədbirlərinin tətbiq olunduğunu bildirib və qeyd ediblər ki, nəticədə sistemdə hər hansı müdaxilənin qarşısı tamamilə alınıb.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Sumqayıt Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:
Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Sumqayıt Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzillərin qiyməti – 59 700 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 77 200 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi üzrə:
3 otaqlı mənzillərin qiyməti – 61 965 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
Sumqayıt Yaşayış Kompleksi üzrə:
Lənkəran Yaşayış Kompleksi üzrə:
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
Sumqayıt Yaşayış Kompleksi üzrə:
Lənkəran Yaşayış Kompleksi üzrə:
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi internet səhifəsinə (www.mida.gov.az/layiheler) daxil olaraq Lənkəran və Sumqayıt Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə daha ətraflı məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: