Xəzər rayonu, Buzovna qəsəbəsində qanunsuz tikililərin söküntü prosesləri davam etdirilir.
FED.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Buzovna çimərliyinin ərazisində Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında ərazidəki qanunsuz tikililərin sökülməsi prosesi gedir.
Belə ki, texnikanın dağıtdığı tikintilərin qalıqlarını şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.
Birlikdən bildirilib ki, ərazidə həm texnika, həm də canlı qüvvə çalışır. Söküntü prosesi davam etdirilir.