Nazirlər Kabineti Bakının Dənizkənarı bulvarında artıq beş ildir tikilən “Aypara sarayı və şəhərciyi” ( Crescent ) kompleksinin inşasına icazənin verilməsinə dair göstəriş verib.
FED.az xəbər verir ki, Crescent kompleksi ayrıca qüllə, yaşayış binası, ticarət mərkəzi və biznes mərkəzdən ibarətdir. Dörd layihəyə əsasən, bu binanın ümumi sahəsi 43201.0 (m2) kvadrat metrdir. Kompleksin tikintisinin sifarişçi kimi "Gilan Holding" MMC – dir.
Xatırladaq ki, müxtəlif fasilələrlə tikinti 5 ildir ki, davam edir.Tikintilərin Dövlət Reyestrinin məlumatına görə, Nazirlər Kabineti onun tikintisinə icazəni bu ilin iyulun 27-də verib.