Gilan şirkəti sahilyanı Otel (Crescent otel), biznes mərkəzi (Crescent city), yaşayış binaları, ticarət və əyləncə mərkəzi daxil olan “Crescent” layihəsinin işləyib hazırlanması ilə məşğul olur.
Eləcə də bax: Bakıda türk iş adamları yeni turizm mərkəzi yaradırlar - 50 HEKTAR SAHƏSİ OLACAQ
FED.az xəbər verir ki, Crescent Otelin 2021-ci ilin birinci rübündə tamamlanması planlaşdırılır.
Xəzər dənizinin sahilində yerləşən 360 otaqlı altı ulduzlu otel yaşayış yerlərini, əyləncələri, pərakəndə satış və ofis sahələrini əhatə edəcəkdir.
Bildirək ki, Cənubi Koreyada yerləşən “Heerim Architects and Planners” tərəfindən tərtib olunmuş Crescentin inşası Azərbaycanın Xəzər Plus sxeminin mühüm layihəsidir. Kompleks Xəzər dənizinin üzərində yüksələn ayparanı (Azərbaycanın milli simvolu) təmsil edir. Ayparanın cənnətə bənzər yerdə yerləşməsi ön hissədən Xəzər dənizinin panorama görünüşünü, arxa hissədən isə Bakının heyrətamiz görünüşünü əks etdirir.
Kompleks Gilan Holdinq tərəfindən hazırlanır. (Tophotel)