2 may 2022-ci il saat 12.00-da “Tikinti-Təmir ANKZ-4” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdarların tərkibinin dəyişilməsi ilə əlaqədar cəmiyyətin idarə heyəti sədrinin və üzvlərinin seçilməsi.
2. 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi.
3. Digər məsələlər.
Yığıncaq Bakı, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 45 ünvanında keçiriləcək.