Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərlə təmin ediləcək.
FED.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün işlər aparılır:
“Bunlar birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələlərdir və Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərə təmin ediləcək.
Düşünürəm ki, təxminən il yarımdan sonra artıq biz Bakıda bütün məcburi köçkünlərin müasir mənzillərlə təmin olunduğu bir neçə rayonun adını çəkə biləcəyik”.
Rövşən Rzayev qeyd edib ki, qəzalı binalarla bağlı da müvafiq işlər görülür.