Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb.
Dövlət yeni mənzilləri satışa çıxardı – AYLIQ 357 MANATDAN BAŞLAYIR - SİYAHI
FED.az xəbər verir ki, bu barədə “Mitsubishi Estate” layihəsinin operator şirkəti məlumat yayıb.
Məlumata görə, məşəl qülləsi adlanacaq göydələnin hündürlüyünün təqribən 390 m olacağı və tikintisinin 2028-ci ilin mart ayına kimi başa çatdırılacağı gözlənilir. Beləliklə, yeni bina hazırkı rekordçunu - Tokioda da yerləşən 330 m hündürlüyü olan Azabudai Hills binasını keçərək ölkənin ən hündür binası olacaq. (Trend)