Azərbaycanda tikintiyə icazələrin verilməsi ilə bağlı islahatlar davam edir. Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini dövlətxan Dövlətxanov bildirib ki, İ Azərbaycan Prezidentinin 1 iyun 2020-ci il tarixli fərmanı ilə tikinti layihələrin ekspertizasının keçirilməsində dəyişikliklər edilib və layihəsi ekspertizadan keçirilməyən obyektlərin siyahısı daha da genişləndirilib.
Eləcə də bax: Tikinti işi üçün lisenziyalar - KİMLƏRƏ LAZIMDIR - NECƏ ALINIR?
FED.az xəbər verir ki, "Belə ki, yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kv .metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmur.
Həmçinin, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1 400 kv. metrdən, tikinti sahəsi 1 000 kv. metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin ekspertizadan keçirilməsi tələb olunmur. Komitəyə bununla bağlı kifayət qədər layihələr daxil olub", - deyə D. Dövlətxanov əlavə edib.
Qeyd edək ki, layihəsinə ekspertiza tələb olunmayan obyektlərin tikintisi üçün icazərə «bir pəncərə» sistemi ilə internet üzərindən alına bilər.