İnşaat və əmlak

Bu il Azərbaycanda inşa edilən - İRİ OBYEKTLƏR - SİYAH

Bu il Azərbaycanda inşa edilən - İRİ OBYEKTLƏR - SİYAH | FED.az
12:03 12 İyul 2019

Dövlət Statistika Komitəsi (DSK) bu il ölkədə istifadəyə verilən iri tikinti obyektlərini açıqlayıb.
Eləcə də bax:Sabah Bakıda güzəştli mənzillərin növbəti satışı başlayır - YENİLİKLƏR, QAYDALAR

FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-iyun aylarında

Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası,

Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu,

Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu,

Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu,

Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə

Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi,

Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.


 

Digər xəbərlər