İpoteka və Kredit Zəmanət Fondunun bu gün çökən elektron sisteminin qurulmasına 10 milyon manat xərclənib.
FED.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu ekspert Osman Gündüz açıqlayıb.
Eləcə də bax: İpoteka Fondundan açıqlama - "SİSTEMDƏ PROBLEM YARANIB"
O bildirib ki, Fond bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi: “Müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb. Hazırda e-Gov portalından e-ipoteka sisteminə ASAN imza ilə daxil olmaq mümkün deyil.
E-gov sektorunda bu tip hadisə artıq 2-ci dəfədir təkrarlanır. Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sondaran MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi. Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur.
Fikrimcə, VXSİ Dövlət Agentliyi, dövlət resurslarının təhlükəsizliyinə cavabdeh olan XDMX yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi dövlət qurumları baş verənləri araşdırmalı ciddi tədbirlər görməlidir.
Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, stres -test edilməməsi da doğru bir yanaşma deyil.
Düşünürərm ki, səlahiyyətli qurumlar, cavabdeh şəxsər ciddi məsuliyytətsizlik ediblər. Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, stres-test edilməməsi da doğru bir yanaşma deyil. E-Gov Mərkəzi kirayə evlərlə bağlı layihəyə start verməzdən öncə, ötən dərsləri nəzərə alaraq sistemin test olunması üçün Fonda göstəriş verməliydi. Həm də ona görə ki, artıq bu qurumlar bilirlər ki, bir dəfə belə bir problem yaşanıb”.
O.Gündüz əlavə edib ki, bu gün çökən sistemin qurulmasına 10 milyon manat ayrılıb: “İpoteka və Kredit Zəmanət Fondu "Elektron ipoteka” sisteminin yaradılması üçün “CyberNet” şirkətinə 6 milyon manat , sistemin təkmilləşməsi üçün “GT Solution” şirkətinə də 3 milyon manat vəsait verib. Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Təsəvvür edin ki, 2 il ərzində təxminən 10 milyon manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür.
10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki, aidiyyatı qurumlar bununla bağlı araşdırma aparmalıdırlar.
Fond baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Və problemin səbəbini də, qeyd etdiyim kimi, müraciət edənlərin sayının çoxluğu ilə izah edib. Sadəcə biabırçılıqdır.
Çünki ayrılan milyonlarla vəsait məhz qeyd olunan problemin də həlli üçün nəzərdə tutulub”.