Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası”nı təsdiqləyib.
FED.az xəbər verir ki, bu Qayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə
Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində,
Qaradağ rayonunun Ümid qəsəbəsində,
Binəqədi rayonunun Xocasən qəsəbəsində,
Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda,
Eləcə də Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin açıq auksion formasında keçirilən hərrac vasitəsilə satışı qaydasını müəyyən edir.