İnşaat və əmlak

Bu binalarda məskunlaşan - MƏCBURİ KÖÇKÜNLƏR KÖÇÜRÜLƏCƏK

Bu binalarda məskunlaşan -  MƏCBURİ KÖÇKÜNLƏR KÖÇÜRÜLƏCƏK | FED.az
13:29 17 Fev 2020

Bu il iki universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlər köçürüləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıdakı bir neçə universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünləri bu il ərzində yeni qəsəbələrə köçürəcək. 

Eləcə də bax: Dövlət bu il 7 min ailəyə - EV VERƏCƏK

FED.az  xəbər verir ki, bunu Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hazırlanan “Yol Xəritəsi”nə əsasən həyata keçiriləcək: “Yasamal rayonundakı “Kaktus” kimi tanınan ərazidə Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanaları var. Orada təxminən, 1200-ə yaxın məcburi köçkün ailəsi yaşayır. Həmin ailələrin “Qobu-3” kompleksinə köçürülməsi nəzərdə tutulub. Bu kompleks aprel ayında istifadəyə verilməlidir və ora yalnız həmin universitetlərin yataqxanalarda yaşayan məcburi köçkünlər köçürüləcək”.

E.Zeynalov deyib ki, “Yol Xəritəsi”nə əsasən, yataqxanalar, sanatoriya, uşaq bağçası, məktəb, poliklinika binaları və yarımçıq tikililərdə yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi 2024-cü ilə qədər başa çatacaq: “Həmin yerlərdə yaşayan ümumilikdə 23 850 məcburi köçkün ailəsi yeni qəsəbələrə yerləşdiriləcək. Bu da 85 000 nəfərə yaxın məcburi köçkün deməkdir”.

Report

Digər xəbərlər

Banner