Bakıda zooparkın yaxınlığında yerləşən Aral Groupa məxsus Roseville Apertmentidə avtomobil üçün dayanacaq yeri yeni bir avtomobilin qiymətinə başa gəlir. FED.az Fins.az-a istinadən xəbər verir ki, bu binada qaraj mənzil sahibinə 50 min manata təklif olunur. Binada mənzilin hər kv metri isə 3 min manatdan başlayır.
Pilot Residencedə də maşın üçün dayanacaq elə Roseville-də olduğu kimi 50 min manatadır. Binanın mənzillərinə gəlincə isə hər kv metr 2700 manatardır.
Gümüş Residence bu binada hər kv metrinə görə 3050 dollar verən mənzil sahibi üstəgəl qaraj əldə etmiş olacaq. Qeyd edək ki, bu binada ən ucuz mənzillər 3050 dollardı.
Park Azurda avtomobil dayanacaqlarının qiymətləri mərtəbədən asılı olaraq dəyişir. Belə ki, əldə etdiyimiz məlumata görə, 2-ci mərtəbədə 40 min, 3-cü mərtəbədə 35 min, 4-cü mərtəbədə 30 min manatadır qarajalr.
Altes Plazada isə avtomobillər üçün dayanacaqlar 30 min manatadır. Burada dayanacağın aylıq kirayəsi isə 100 manatdır.