“Sovetski”də dövlət reyestrindən keçən 73 tarixi-memarlıq abidəsi mövcuddur.
Bakının bu əraziləri plana düşdü - Daha 4 rayonunda söküntü olacaq – ÜNVANLAR
FED.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan əlavə reyestrə düşməyən, lakin xarici görünüşü çox gözəl olan 54 tarixi binanın saxlanılması nəzərdə tutulur.
Rəşid Ağayev sözlərinə görə, beləliklə, bu ərazidə 127 binanın qorunub saxlanılması təmin ediləcək: “Bütün söküntü prosesi həyata keçirildikdən sonra bu binalar yenidən bərpa olunaraq Bakının gözəl bir güşəsinə çevriləcək”. (Apa)












