Ölkəmizdə səfərdə olan İspaniyanın Blanca Real şirkətinin təmsilçisi Xavier de Hennin ölkəmizə gəlməklərinin səbəbini açıqlayarkən bildirib ki, azərbaycanlı investor onların vasitəsi ilə İspaniyada müxtəlif yerlərdən 4 –dən çox ev alması onların şirkət olaraq ölkəmizə gəlməklərinə maraq yaradıb.
Şirkət rəsmisi nümayəndəsi olduğu Blance Realın əsasən İspaniyanın cənubunda Malaqada mənzillər və villalar təqdim etdiklərini bildidrdi.
Xavier de Hennen 500 min avroya ev almaqla investorlara gold vizanın verildiyini bildirdi. Həmçinin bu vizanın investorun ailə üzvlərinə də şamil olunduğu qeyd olundu. Onun sözlərinə görə Malaqada ən ucuz evlər 100 min avrodan başlayır. Paytaxt Madriddə isə bu evlərin 300 min avro olduğu söylənildi.
Sonda Azərbaycana ilk dəfə gəldiyini vurğulayan Xavier de Hennen Bakının çox gözəl şəhər olduğunu və bəzi Avropa şəhərlərinin Bakıdan öyrənməli olduğu məqamların olduğunu qeyd etdi. (Fins)