İsmayıllı rayonunun Tircan kəndində yerləşən bir sıra qeyri-yaşayış binaları ilkin hərraca çıxarılıb. Hərraca təqdim olunan əmlaklar əsasən iri sahəli tikililərdən ibarətdir və bir neçəsi hazırda istirahət mərkəzi kimi istifadə olunur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,
Birinci hərrac üzrə
Tircan kəndində yerləşən, ümumi sahəsi 255,4 kvadratmetr olan iki mərtəbəli, 6 otaqlı qeyri-yaşayış binası satışa çıxarılıb. Əmlakın torpaq sahəsi 0,077 hektardır. Bu obyekt üzrə ən ilkin (bazar) qiyməti 870 min manat, minimum satış qiyməti (85%) 739 min manat təşkil edir. Bu əmlak üzrə hərracda iştirak haqqı 15 AZN, iştirak üçün beh 30 000 AZN təşkil edir.
İkinci hərracda isə
ümumi sahəsi 631,2 kvadratmetr olan, 3 mərtəbəli və 8 otaqlı qeyri-yaşayış binası təqdim olunur. Torpaq sahəsi 1,9282 hektar olan bu obyekt hazırda istirahət mərkəzi kimi istifadə edilir. Bu əmlak üzrə hərracda ilkin (bazar) qiyməti 1 milyon 220 min manat, minimum satış qiyməti (85%) 1 milyon 37 min manat təşkil edir. Bu əmlak üzrə hərracda iştirak haqqı 15 AZN, iştirak üçün beh 30 000 AZN təşkil edir.
Üçüncü hərrac üzrə
Tircan kəndində yerləşən, ümumi sahəsi 719 kvadratmetr olan, 2 mərtəbəli və 9 otaqlı qeyri-yaşayış binası satışa çıxarılıb. Torpaq sahəsi 0,084 hektardır. İstirahət mərkəzi kimi istifadə olunan bu obyekt üzrə ilkin (bazar) qiyməti 910 min manat, minimum satış qiyməti (85%) 773 min manat təşkil edir. Bu əmlak üzrə hərracda iştirak haqqı 15 AZN, iştirak üçün beh 30 000 AZN təşkil edir. ən son təklif 773 min 500 manatdır.
Dördüncü hərracda isə
ümumi sahəsi 1590,5 kvadratmetr olan, 3 mərtəbəli və 31 otaqlı qeyri-yaşayış binası təklif edilir. Torpaq sahəsi 0,2414 hektar olan obyekt istirahət mərkəzi kimi istifadə olunur. Bu əmlak üzrə ilkin (bazar) qiyməti 2 milyon 800 min manat, minimum satış qiyməti (85%) 2 milyon 380 min manat təşkil edir. Bu əmlak üzrə hərracda iştirak haqqı 15 AZN, iştirak üçün beh 30 000 AZN təşkil edir.
Beşinci hərrac üzrə
satışa çıxarılan əmlak ümumi sahəsi 1764,8 kvadratmetr olan, 5 mərtəbəli və 45 otaqlı qeyri-yaşayış binasıdır. Torpaq sahəsi 0,1694 hektar olan bu obyektin ilkin (bazar) qiyməti 3 milyon 350 min manat, minimum satış qiyməti (85%) 2 milyon 847 min 500 manat təşkil edir. Bu əmlak üzrə hərracda iştirak haqqı 15 AZN, iştirak üçün beh 30 000 AZN təşkil edir.









![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/4811834.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/1156504.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/1214544.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/1943117.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/2030703.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/2669368.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/3441701.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/2753802.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/3118685.jpg)
![Azərbaycanda bir kənddə 8 milyon manatlıq obyektlər - SATIŞA ÇIXARILDI - [red]SİYAHI, QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/4901700.jpg)







