Bakının Binəqdi rayonu, Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən sənədsiz torpaqların və evlərin sənədləşdirilməsi məqsədi ilə sakinlərə bildiriş paylanılıb.
FED.az xəbər verir ki, bildirişdə qeyd olunur: “Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamın icrasına dair Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il Tədbirlər Planı təsdiq edilmişdir.
Tədbirlər Planında şəhər və rayon ərazilərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi, sənədsiz torpaqların və evlərin sənədləşdirilməsi məqsədi ilə Binəqədi Qəsəbə Bələdiyyəsində yaradılmış Yerli Ekspert Kommisiyasına müraciət edəsiniz”.