Enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə enerji auditi binaların qiymətləndirilməsini də əhatə edəcək.
Eləcə də bax: Azərbaycanda yenilik: «Novostroyka»lardan ev alanda da ƏDV qaytarılacaq – FƏRMAN
FED.az xəbər verir ki, bu, Milli Məclisin keçirilən iclasında müzakirə edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, enerji auditi enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə qeyri-yaşayış sahələrinin və təsərrüfatların qiymətləndirilməsidir. Layihəyə əsasən, enerji auditi enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsi olacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. (Apa)