Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyənin hər yerində bir çox vətəndaş indiyədək yaşadıqları binaların dayanıqlığını şübhə altına almağa başlayıblar.
Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
FED.az xəbər verir ki, zəlzələdən sonra tikinti riskinin təhlili üçün bələdiyyələrə edilən müraciətlərdə böyük artım yaşanır.
Bəzi insanlar mümkün zəlzələyə qarşı binalarını necə gücləndirə biləcəklərini düşünürlər.
Zəlzələnin Möhkəmləndirilməsi Dərnəyinin (DEGUDER) sədri Sinan Türkkan binaların zəlzələyə qarşı möhkəmləndirilməsinin, daha dəqiqi hər mənzil başına təmirin qiymətini açıqlayıb.
“Haber Global”ə danışan DEGUDER prezidenti Türkkan bildirib ki, binaları karbonfiber vasitəsilə gücləndirmək olar: «Karbonfiber bildiyiniz parça şəklində sütunun ətrafına sarılaraq, dəmirdən on qat daha möhkəm olan epoksi ilə yapışdırılan materialdır. Ona görə də onunla bağladığınız zaman bu sütunun zəlzələ zamanı dağılmaqdan və ya çökməkdən qarşısını almaq mümkündür».
Ekspert bildirib ki, "Bütövlükdə ölkəyə nəzər saldıqda, indi birlikdə bilirik ki, ümumi tikinti fondumuzun 75 faizi riskli ərazidədir. Əgər təqribən 8-10 milyon tikinti fondumuz varsa və risk daşıyırsa, onların 60 faizini 70 faiz gücləndirmək olar. «Əvvəlcə sütunlar içərisindəki armaturlar müəyyən edilir, bundan sonra bünövrədən, dəmir olmayan hissələrdən qırıntılarla analizlər götürülür, eləcə də yerin təki ilə bağlı araşdırma aparılır. Nəticədə onun gücləndirmə layihəsi hazırlanır»-deyə ekspert bildirib.
Mənzil başına 250 min lirə
Gücləndirmə xərcini izah edən Türkkan bildirib ki, bu iş mənzil başına təqribən 250 min lirəyə başa gələcək. Amma əlavə xərclər də çıxa bilər:
«Belə təmirin özü mənzil başına təxminən 250 min lirə səviyyəsində tamamlanacaq. Ancaq burada bu iş görüləndən sonra vətəndaşlar döşəməni və parketlərini də dəyişmək istəyirlər. Bu isə mənzil başına əlavə təqribən 100-150 min xərc deməkdir. Ola bilsin, bu təmir nəticəsində binaya maddi zərər dəysin, amma insanlar sağlam şəkildə həyatlarına davam edə bilərlər.