Köhnə tikililərə, əsasən də ikimərtəbəli binalara qanunsuz artırmalar edilir.
Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı - VİDEO
FED.az xəbər verir Bakının bir çox yerində rast gəlinən bu mənzərə həm təhlükəsizlik, həm də estetik baxımdan problem yaratsa da, diqqətçəkən məqam əlavə artırmaların plana düşən ərazilərdə əsas mübahisə məsələsinə çevrilməsidir.
Bir neçə il əvvələ qədər və çox zaman sənəddə qeyd ediləndən əlavə sonradan artırılan otaqlar da hesablanırdı. Lakin hazırda bu məsələni həll etmək xeyli çətinləşib. Çünki vətəndaş yeni ev verilən zaman artırılan hissənin də hesablanmasını tələb edir. Qarşı tərəf isə çox zaman bununla razılaşmır.
Bəs qanun nə deyir?
Ümumiyyətlə, belə hallarda hesablama necə aparılmalıdır?
Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, qanunsuz artırmalar söküntü zamanı müəyyən istisnalarla hesablanır.
Lakin bəzi tikinti şirkətləri söküntü zamanı əlavə sahələri nəzərə almır. Binaların çox hissəsində isə heç bir sənəd yoxdur. Artırmalar sənədsiz həyata keçirilib. Bu səbəblə tikinti şirkətlərinin bəziləri də qanunla mövcud sahəyə deyil, sənəddə olan kvadrata uyğun hesablama işi aparır.
Mütəxəssis qeyd edir ki, artırmaların çox olması tikinti şirkətlərinə də sərf etmir. Çünki artırmaların sayı çox olduqca, vətəndaşa daha çox vəsait və ya sahə verməli olur. Buna görə də belə artırmalar söküntü prosesini uzadır. Binalar isə belə artırmalara görə, daha da qəzalı vəziyyətə düşür.