“Azərbaycanda yarımçıq tikililərlə bağlı problemlər var və biz bunu bilirik”.
Eləcə də bax: Azərbaycanda tikinti materiallarının istehsal dəyəri - 80%-Ə YAXIN ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.
“Bununla bağlı İqtisadiyyat Nazirliyində işçi qrup da yaradılıb, bütün regionlarda yarımçıq tikililərin monitorinqi aparılacaq. Onların ən vacibləri Dövlət İnvestisiya Proqramına salınacaq, inşası tamamlanacaq”, - deyə o qeyd edib.