Azərbaycanda təxminən 400 mindən çox sənədsiz fərdi yaşayış evi var. Rəqəmlər illərdir ki, artsa da, problem dəyişməz olaraq qalır. Evlərin əksəriyyətinin sahiblərində isə yalnız bələdiyyələrin verdiyi sənəd var.
“Mənzil bazarında 13-15 faiz bahalaşma gözlənilir” - ARAŞDIRMA
FED.az xəbər verir ki, vəkil MirHüseyn Həbibli deyir ki, bələdiyyə sənədi olan şəxslər mülkiyyət hüququnu rəsmi olaraq təsdiq etmək və çıxarış almaq üçün müəyyən prosedurlardan keçməlidir. İlkin mərhələ üçün bələdiyyənin mülkiyyət hüququnu tanıyan rəsmi qərar, alqı satqı ilə bağlı akt, torpaq sahəsinin yerləşmə sxemi və kassa mədaxil ordeninin qəbzi tələb olunur. Sonra vətəndaş həmin sənədlərin əsasında mülkiyyət çıxarışı üçün Dövlət Əmlak Məsələləri Xidmətinə müraciət edilməlidir.
Əgər bütün sənədlər qaydasındadırsa, növbəti addım Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməkdir. Bununla da vətəndaş bələdiyyə sənədinin əsasında mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edə bilər. Əgər qurumdan imtina gələrsə, məhkəməyə müraciət etməklə yenidən çıxarış üçün müraciət edilə bilər.