Sanksiyalar fonunda Belarus taxta materiallarının tədarükü üçün alternativ bazarlar axtarışındadır.
Eləcə də bax: "Biz heç vaxt material qiymətlərinin artımı baxımından belə bir şey görməmişik"
FED.az xəbər verir ki, əgər əvvəllər Avropa bazarı daha marjinal hesab olunurdusa, hazırda alternativ bazarlar qismində Azərbaycan, İran və Mərkəzi Asiya ölkələri çıxış edə bilərlər. Belarus məhz bu ölkələrə məhsulu yönləndirmək niyyətindədir.
Belarus hökumətinin məlumatına görə, 2021-ci ildə Avropa İttifaqına taxta məhsullarının ixracı 3,2 mlrd. ABŞ dolları təşkil edib.
"Bellesbuprom” konserni məhsullarının 40%-ni məhz Avropaya tədarük edirdi. Lakin bu ilin mart ayının əvvəlində Avropa İttifaqı Belarusun ağac emalına qarşı sanksiyalar tətbiq etdi. Söhbət taxta-şalban, briket, yanacaq qranulları, faner, müxtəlif taxta lövhələr və digər mallardan gedir. (Apa)