Bayılda baş verən torpaq sürüşməsi ilə əlaqədar olaraq buradakı 92 fərdi ev söküləcək.
Eləcə də bax: Daha bir xəstəxana "İnpeks.N" ilə “dostlaşıb” – TENDER
FED.az xəbər verir ki, Səbail rayonunda yerləşən düşən bu ərazinin abahlaşdırılması gözlənilir. Bununla bağlı olaraq Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçirdiyi tenderə yekun vurulub. Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evlərinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması işlərini aparmaq üçün "Şa-İnşaat" MTK şirkəti qalib elan edilib. Həmin şirkətlə 250 min manat məbləğində müqavilə bağlanılıb.
Bayılda 92 ev söküləcək – TƏSDİQLƏNDİ
11:57
17 Avq 2019