Digər vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək.
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Eləcə də bax: Neft Fondundan büdcəyə transfertlərin həcmi artırılacaq
Digər prioritetlər isə Bakı və Sumqayıt şəhərlərində qəzalı obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə mikrokreditlərin verilməsi olacaq.
Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün layihələrin həyata keçirilməsi nəzərdə tutulur.