Britaniyannı baş naziri Boris Conson London yaxınlığında yerləşən Oksfordşir qraflığındakı evini kirayəyə verir.
FED.az «The Times»a istinadən bildirir ki, evdə 4 yataq otağı, kiçik mətbəx, eləcə də soba, tennis kortu və su qızdıranı olan zovuz var. Bundan başqa, evin ərazisində qış bağı da var.
Baş nazirin evinin aylıq kirayə haqqı 4250 funt sterlinqdir (təxminən 10 min manat).
Elanda deyilir ki, yaxınlıqda gəzməli gözəl yerlər və pablar da var.
Conson bu evi 2003-cü ildə 690 min funot sterlinqə alıb hazırda onun qiyməti 1,2 milyon funtdur.
Baş nazir Londonda Dauninqstrit 10 ünvanında (baş nazirlərin iqamətgahı) yaşadığına görə bu ev boş qalıb.