İnşaat və əmlak

"BakuBuild 2019" sərgisi - İŞƏ BAŞLAYIB

"BakuBuild 2019" sərgisi - İŞƏ BAŞLAYIB | FED.az
10:14 22 Okt 2019

Bakıda 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“BakuBuild 2019”) işə başlayıb.

FED.az xəbər verir ki, bu gün “BakuBuild 2019” sərgisi “Xəzər İnşaat Həftəsi”nə start verməklə, qapılarını ziyarətçilərin üzünə açıb. Sərginin dörd iş günü ərzində ziyarətçilər dünyanın 23 ölkəsindən 280 şirkətin yeni məhsulları ilə tanış ola biləcəklər.

Eləcə də bax: Sabah "BakuBuild 2019" sərgisi - İŞƏ BAŞLAYIR

Ötən illə müqayisədə builki sərgi 10% artıb. İştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiya Federasiyasını 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i təşkil edib.

Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və s. təqdim olunur.

“BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi keçirilir. Bu il sərgidə yumşaq mebel, mətbəx qarniturları, otaqlararası qapılar və mebel ləvazimatlarını təqdim edən yerli və xarici istehsalçılar iştirak edirlər.

12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securex Caspian” sərgisində iştirakçılar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuş texniki vasitələri, eləcə də avtomatik yanğınsöndürmə vasitələrini, mühafizə siqnalizasiya sistemlərini, mühafizə televiziyası və müşahidəsi  sistemlərini, qəza-xilasetmə texnikasını və s. məhsulları nümayiş etdirirlər.

22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2019” sərgisi keçiriləcək.

Qeyd edək ki, "BakuBuild" sərgisi 1995-ci ildən dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 minə yaxın şirkəti bir araya gətirib. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

Apa

Digər xəbərlər