“Baku Pearl Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti qanunsuz sahibkarlıqla məşğul olduğu üçün cərimələnib.
FED.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə ittiham edilib.
Xətai Rayon Məhkəməsinin 27 mart tarixli qərarı ilə “Baku Pearl Residence” qeyd edilən maddə üzrə təqsirli bilinərək 20 min manat cərimələnib. Şirkət, nümayəndəsi Rövşanə Rəhimova vasitəsilə qərardan apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılıb və “Baku Pearl Residence”in şikayəti təmin edilməyib. Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Baku Pearl Residence” Bakı şəhərində hündürmətəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur.