İnşaat və əmlak

Bakıya 458 yeni - LİFT GƏTİRİLİB

Bakıya 458 yeni - LİFT GƏTİRİLİB | FED.az
09:22 1 Noy 2019

Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar  Bakı Şəhər “Lifttəmir” İB bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniyanın Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalayıb.

Bakı Şəhəri İcra Hakimiyyətindən (BŞİH) FED.az-a verilən məlumata görə, Bakı Şəhər “Lifttəmir” İB, Almaniyanın Wittur Holding GMBH şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkət və kompaniyalarının rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamətdə gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.

Təqdimat mərasimində əvvəlcə Wittur Holding GMBH şirkətinin Global satis sobəsinin rəhbəri Ahmet Örs, Marketing Direktoru Gerd Imbusch, dıgər rəsmi şəxslər şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat vermiş, video-çarx nümayiş etdirilib.

Şirkətin Bakı şəhərində həyata keçirdiyi layihə müzakirə olunmuş, Bakıda yeni liftlərin quraşdırılmasının vəziyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə Şəhər “Lifttəmir” İB-nin rəhbəri Xalid Ələkbərov,  şirkətin marketing direktoru Gerd Imbusch və Avropa satis sobəsinin rəhbəri Ralph Hunter ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, imzalanmış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Ilk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanmış, sonradan isə bu işlər digər rayonlarda davam etdirilmişdir. Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətirilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları  tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami,  Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.

“Lifttəmir” İstehsalat Birliyi tərəfindən  eyni zamanda istismar müddəti bitməyən liftlərin də təmir işləri aparılır. Liftlərə texniki xidmət göstərilməsi işlərini daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür.

KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verildi. Qeyd olundu ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Yeni liftər müasir elekton sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnmişdir. 

 Bildirildi ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdirilməsi gələn ildə də davam etdiriləcək və yeni liftlər alınaraq istismar müddəti ötən digər liftlərin də dəyişdirilməsi aparılacaq.

Digər xəbərlər