Bu ilin mart ayı ərzində Bakının torpaq bazarında qiymətlərdə azalma müşahidə olunub.
Eləcə də bax: Bakıda mənzillər martda - 2,6% UCUZLAŞIB
FED.az xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, martda torpaqların orta satış qiymətində aylıq ifadədə 0,9% azalma qeydə alınıb: "İllik müqayisədə isə torpaq bazarında qiymətlər 2019-ci il ilin eyni dövrü ilə müqayisədə 7,41% artıb."
Qeyd edək ki, fevralda torpaqların orta satış qiymətində aylıq ifadədə 1,37%, illik müqayisədə 0,81% azalma olub.
Apa