Dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq Bakıda daha bir premium binada mənzillər satışa çıxarılıb.
Eləcə də bax: Bakının yeni simvolu gəlir, “Yaşıl Cənnət” yaradılır – Fotolar
FED.az xəbər verir ki, Nizami küçəsində, Axundov bağının yaxınlığındakı binada satışa çıxarılan mənzillərin qiyməti 2600-4100 manat arasında dəyişir.
İdarəetməsi və satışı PMD Group tərəfindən həyata keçirilən “Nizami Boutique House” şəhərin əsas mərkəzi küçələrindən biri olan Nizami küçəsində yerləşməklə bir çox mühüm obyektlərin yaxınlığındadır. Bina Nəriman Nərimanov heykəli, İçərişəhər, Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetinin sadəcə bir neçə addımlığındadır. Bundan əlavə, Bakı Mərkəzi Parkı, Axundov bağı, Filarmoniya bağı kimi istirahət məkanları, 2 saylı Texniki Humanitar lisey, 132-134 nömrəli məktəblər, Azərbaycan Dövlət İqtisad Universiteti kimi təhsil müəssisələri də binanın yaxınlığında yerləşir.