Bakının Nəsimi rayonu ərazisindəki qəzalı evlər söküləcək.
Bakıda yeni tunel tikiləcək, plana düşən evlər söküləcək - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Mirəli Qaşqay 34 ünvavanında 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbli evlərə artıq baxış keçirilib.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları ərazidəki mənzillərin ölçülərini də götürüblər
Lakin sakinlər mənzillərin ölçülərinin evin iç divarlarından hesablanmasından narazılıqlarını bildiriblər.
İlkin ehtimala görə, ərazidə park salınacaq.
Mənzillərin hər kvadratmetrinə düşən məbləğlə bağlı isə hələ heç nə deyilməyib.
Söküntü ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, qeyd edilən ünvan qəzalı binaların siyahısına daxil edilib və yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək ətraflı məlumat veriləcək.










