Bakıda növbəti köçürlümə prosesinə başlanılacaq.
Eləcə də bax: Alatava və İnşaatçılar metrosu yaxınlığındakı - HƏYƏT EVLƏRİ SÖKÜLƏCƏK
Söhbət paytaxtın Yasamal rayon ərazisindən gedir.
FED.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimmiyyəti aparatının şöbə müdiri Xəqan Teymurov bildirib ki, bununla bağlı aidiyyəti qurumlar tərəfindən qəzalı binaların siyahıya alınması ilə bağlı tapşırıq verilib. İstismar müddəti bitmiş qəzalı binalar siyahıya alınıb və artıq aidiyyəti üzrə təhvil verilib.
Xəqan Teymurov qeyd edib ki, sakinlərin köçürlməsi istiqamətində iş adamları ilə danışıqlar aparılıcaq. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilsələr, sakinlər həmin binada yeni təmirli mənzillərlə təmin olunacaq və yaxud da sakinlərə kompensasiya ödəniləcək.