“Bakı şəhərində ən böyük problemlərindən biri Baş Planın yenidən hazırlanmasına təkan verən demoqrafik artımdır”.
FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.
O bildirib ki, əhalinin artımı şəhərsalmanın inkişafı ilə yanaşı, nəqliyyat vasitələrinə tələbatın artması və yaşıllıqların istismarına səbəb olur: “Bakı şəhərinin Baş planında əsas məsələlərdən biri də yaşıllıq normalarına nail olmaqdır. Baş planda Bakıda yaşıllıq zonalarının şəhərin 10 faizinə qədər olması nəzərdə tutulur”.
O deyib ki, hazırda Bakı şəhərinin inzibati ərazisi 213 500 hektardır”.
Bundan 11 528 hektarı hazırda yaşıllıq açıq ərazilərdir: “Bu da 5.43 faiz təşkil edir. 2040-cı ilə qədər isə yaşıllığın əlavə olaraq 9762 hektar artırılması nəzərdə tutulur. Bu, çox böyük rəqəmdir”. (Apa)