Bakıdan sonra Azərbaycanın daha iki şəhərində güzəştli mənzillərin tikintisi və satışı planlaşdırılır.
Bu barədə FED.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.
Məlumatda deyilir ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə ölkə başçısının tapşırığına əsasən ötən müddət ərzində Agentliyə 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində isə Sumqayıt şəhərində 0,75 hektar torpaq sahələri ayrılmışdır.
Paralel olaraq Gəncə şəhərində də güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə torpaq sahəsinin ayrılması üçün işlər aparılır.
Bakıdan sonra daha iki şəhərdə - SOSİAL MƏNZİLLƏR TİKİLƏCƏK – RƏSMİ
17:59
11 Aprel 2019