Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi - XƏBƏRDARLIQ EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib.
Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib.
Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb.
Bu kimi neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.










