"Azərbaycanda tikinti sahəsində yeni vergi rejiminin tətbiqinin mənzillərin satış qiymətinə əhəmiyyətli təsiri olmayacaq".
FED.az məlumat verir ki, bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov gələn ildən qüvvəyə minəcək Vergilər Məcəlləsindəki dəyişikliklərin mənzil bazarındakı qiymətlərə təsirini "APA-Economics"ə şərh edərkən bildirib.
Eləcə də bax: Bakıdakı «novostroyka»larda mənzillər neçəyədir - SATIŞ QİYMƏTLƏRİ - SİYAHI
"Tikinti şirkətlərinin marjası əvvəlkinə nisbətən xeyli azalsa da yenə də böyükdür. Əvvəllər marja 80% idisə, hazırda 35-40% civarındadır. Qeyd edək ki, ümumilikdə sənayedə bu göstərici 10-20%-dir. Ona görə də mənzillərin satış qiymətlərinə təsiri inandırıcı deyil", - deyə N. İbrahimov bildirib.
Eləcə də bax: Bakı və ətrafında - ƏN UCUZ «NOVOSTROYKA»LAR – SİYAHI- QİYMƏTLƏR
Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodu ləğv ediləcək və həmin şəxslərin vahid vergi rejimində (ƏDV və mənfəət vergisi metodu) fəaliyyət göstərməsi təmin olunacaq.